• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 28.11.2018 14:22

Gəncədə binalarda və fərdi yaşayış evlərində reydlərə başlanacaq

KepezTV Player

Payız-qış mövsümünün gəlişi elektrikə və qazə olan tələbatı artıqdığından bu sahədə xoşagəlməz halların baş vermə ehtimalını da yüksəldir. Statistika da bu mövsümdə partlayış, yanğın və bu kimi bədbəxt hadisələrin daha çox olduğunu göstərir. Aidiyyatı qurumlar istismar qaydalarını gözləməklə qazdan və işıqdan təhlükəsizlik şəkildə istifadəni tövsüyyə edir.

Ötən həftə Gəncə şəhərində çox mənzilli yaşayış binasında mavi yanacağın sızması nəticəsində baş verən partlayış bu mənzərəni ortaya qoydu. Nəticədə isə 3 nəfər dünyasını dəyişdi, 1 nəfər isə ağır bədən xəsarətləri aldı. Nəzərə alaq ki, artıq payız-qış mövsümüdür və elektrik enerjisinə, elcədə mavi yanacağa olan tələbatın artması bu sahədə təhlükəsizliy qaydalarına ciddi riyatə olunmasını ortaya qoyur. Bəs görəsən aidiyyatı qurumlar bu yöndə hansı qabaqlayıcı tədbirlər görürlər ki, bu kimi bədbəxt hadsələr bir daha təkrar olunmasın. 

2018-ci ilin arxada qalan dövrü ərzində Gəncə şəhər inzibati ərazisində 48 yanğın hadisəsi baş verib. Bu hadisələrdə insan tələfatı və ciddi xəsarət alanlar qeydə alınıb. Yanğınların 40%-i elektrik enerjisinin, 60 faizi isə mavi yancaq və yanğına səbəb olacaq digər amillər səbəbindən baş verib.  

Nofəl Əhmədov - Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi “ Son 10 ay ərzində qeydə alınan yanğınların 14-si və yaxud 13% repsublikamızın qərb bögəsinin payına düşüb. Bu yanğınlarda ümumlikdə 3 nəfər həlak olub, 18 nəfər xəsarət alıb. Dövlət və vətəndaşlara yanğınlar zamanı ümumlikdə 2 milyon 57302 manat məbləğinda maddi ziyan dəyib”

Yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, qazdan düzgün istismar, elektrik qurğularının quraşdırlması zamanı qaydalara əməl olunması kimi məsələlər bədbəxt hadisələrin qarşısının alınmasına hesablanıb. Eləcə də binalarda yanğın təhlükəsizlyii və tüstü bacaların təmizlənməsi də vacib məslələrdən biridir.

Anar Xəlilov – MKTİB-nin sahə müfətişi “Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir ki, evlərə tin, tüstü verməsin, bu da mənzildə yaşayanların təhlükəsizliyi deməkdir. Tüstü bacaları tərəfimizdən təmizlənir, ancaq bu işləri aparan zaman vətəndaşların mənzillərində tüstü borularına müdaxilələri aşkar olunur.”

Nizami Fərəcov – Dövlət Yanğın Nəzarəti Xidmətinin təbliğat şöbəsinin əməkdaşı “Tüstü bacalarına həm şaqulu, həm də üfüqi istiqamətində olan kanallarında yağ təbəqələri formalaşır. Bu yağ təbəqəsi də çox yanğın təhlükəli hesab olunur və bir qığılcım zamanı alovlanır. Bu zaman həmin tüstü bacasında yanğın zamanı 800 dərəcədən artıq istilik yaranır. Bu da ətrafdakı bütün yana biləcək əşyaların yanmasına və yanğının böyüməsinə səbəb olur. 

Odur ki, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Gəncə Elektrik Şəbəkəsi və Gəncə Regional Qaz İstismar İdarəsi binalarda və fərdi yaşayış evlərində birgə reydlərə başlayacaq.

 

Xaliq Qurbanlı