KepezTV Player
Gəncədə taekvondo üzrə yarış keçirilib. Yerli Olimpiya İdman Kompleksində baş tutan birincilikdə Nizami yurdunun təmsilçiləriylə yanaşı Göygöl və Samuxdan olan döyüşçülər də iştirak edib. Mübarizələrdə uşaq, yeniyetmə və gənclər bacarığını ortaya qoyub. 70-dən çox taekvondoçunun qüvvəsini sınadığı birincilikdə qaliblər 10 çəki dərəcəsində müəyyənləşib. Sonda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.
Vüqar Məmmədov- baş məşqçi: “Bu yarışda bizim əsas məqsədimiz yığma komandanın tərkibini müəyyən etmək və gələcəkdə həmin yığma komandanı respublika birinciliyinə və turnirlərə aparmaqdır. 3-6 yaş həddi var, deməli, 2013-15 uşaqlar arası, 2010-2012 yeniyetmələr və 2007-2009 gənclər arasındadır”.
Pərvin Abbaszadə
- Baxış: 795