• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 07.06.2024 19:33

Sürücülər məsuliyyətə cəlb edilib

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib. Bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətdə saxlamaq lazımdır. Eləcə də ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobilin istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 9 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

Vüsalə Cənnətova