• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 814
— 21.05.2024 19:53

"Musiqi kimliyimiz" layihəsi təqdim edilib

KepezTV Player

Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə "Musiqi kimliyimiz" layihəsini növbəti dəfə təqdim edib. Layihə bu dəfə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunub. "Musiqi kimliyimiz" layihəsinin ilk günü Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, o cümlədən bir sıra aşıqların iştirakı ilə konsert proqramı keçirilib. Tədbirdə iştirak edənlər layihəni yüksək qiymətləndirərək, zəngin irsi olan aşıq sənətinin bugünkü nəslə çatdırılmasının vacib olduğunu qeyd edib.

Aişə Rzayeva