KepezTV Player
Birinci Qarabağ müharibəsi zamanı itkin düşdüyü hesab edilən və 30 il sonra meyitinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir. Şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yeni Suraxanı rayonundakı Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Digər şəhidlərdən Elşən Xasiyevlə Əliyar Ələkbərov Bakıda, Siyavuş Məmmədov isə Sumqayıtda Şəhidlər xiyabanında dəfn olunub.
- Baxış: 293