• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 08.03.2024 10:25

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

Mən qadınam. Qadın gücdür, qüvvədir. Sarsılmaz dayaqdır. Bilirsiniz kimlərin? Oğullarının, övladlarının, həyat yoldaşlarının. Belə bir söz eşitmişdim ki, “uğurlu kişinin arxasında hər zaman güclü qadın olur”.  Bəli, biz bu gün o qadınlardan danışacağıq. Çünki, bu gün “Beynəlxalq Qadınlar Günü” dür.

Bu günün yaranma tarixi çox maraqlıdır. Belə ki, qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart - Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dövlətlərdə, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. 

Hazırda ətrafımda ən sevdiyim çiçəklər, güllər var. Xanım olaraq, bir dəstə çiçəyə necə də tez sevinirik elə deyilmi? Bəs bu gündə hədiyyələrə təlabət hansı yöndədir? Xanımlar daha çox hansı çiçəklərə meyl göstərir? Gəlin bir az da bu haqda danışaq.

Bayram Həsənov- dekorçu: “Bu günlərdə bəylərimiz xanımlarını sevindirmək üçün gəlirlər bizim yanımıza. Biz də onlara öz köməyimizi göstəririk”.

Sadəcə bu gün deyil, hər gün üçün dəyərlisiniz, əziz Qadınlar! Hər gün sizinlə özəl və gözəldir. Necə deyərlər,

Hər evin əziyyətin qadınlar çəkir,
Bəs onun arzusu istəyi nədir?
Qadın istədiyi dəyər, sevgidir,
Çoxları sanırki, sirdir qadınlar.

Tellan Zeynalova

 

ƏTRAFLI...