Qarabağda qondarma qurumun dırnaqarası “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub. Qukasyan barəsində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb. Eləcə də Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması istənilib.
- Baxış: 211