ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb. Şəhərin inkişafı istiqamətində görülən işlər, məcburi köçkünlərinin qayıdışından söz açılıb. ABŞ-ın Azərbaycanın minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstək müzakirə edilib. Diplomat Şuşaya səfər etdiyi üçün xoşbəxt olduğunu dilə gətirib. Füzulidə də olan ABŞ səfiri dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndiyini bildirib. Səfir Birləşmiş Ştatların müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərdiyini də qeyd edib.
- Baxış: 253