• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 18.05.2018 19:10

Şirkət avtomobilinin vurduğu qadın öldü

KepezTV Player

Gəncənin Dədə Qorqud küçəsində qəza hadisəsi baş verib. Sürücü şirkətlərdən birinə məxsus “Ford” markalı yük avtomobilini arxaya hərəkət etdirərkən Göygölün Mollacəlilli kənd sakini, 57 yaşlı Nüşabə Hüseynovanı vurub. Ağır bədən xəsarətləri alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Elnur Vahidoğlu