• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1670
— 15.05.2018 13:31

Avtomobil yandı, gənc sürücü dünyasını dəyişdi

KepezTV Player

Sumqayıt ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun 34-cü km-də qeydə alınıb. Xızı rayon sakini, 27 yaşlı Xəyyam Bəkirzadənin idarə etdiyi "Hyundai" markalı avtomobillə əks istiqamətdə gələn "Ford" markalı minik maşını toqquşub. Nəticədə "Hyundai" alışaraq yanmağa başlayıb. Sürücü Xəyyam Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. "Ford"un sürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.