• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 21.05.2018 13:39

İki avtomobil toqquşdu, 4 nəfər yaralandı

KepezTV Player

Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun 132-ci kilometirliyində, Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Balakən sakini 45 yaşlı Telman Kazımovun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə Zaqatala sakini Şaban Ərəbovun idarə etdiyi “VAZ 2108” toqquşub. VAZ 2109 markalı avtomobildə olan sərnişin, Balakənin Qazbinə kənd sakini 21 yaşlı Arzu Bayramova, VAZ 2108 markalı avtomobilin sürücüsü Şaban Ərəbov, onun avtomobilində olan sərnişinlər - Zaqatalanın Yuxarı Tala kənd sakini 26 yaşlı Nübar Hacıyeva və Balakənin Qullar kənd sakini 35 yaşlı Aynurə İsayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan Arzu Bayramova xəstəxananın reanimasiya şöbəsinə, Şaban Ərəbov isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Nübar Hacıyeva və Aynurə İsayevanın isə vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Tovuz şəhərində də yol-nəqliyyat hadisəsi olub. Yeniyetmə - 17 yaşlı Ravil Məmmədov valideyninə məxsus avtomobili sürən zaman idarəetməni itirib və maşın başqa bir minik avtomobili ilə toqquşub. Qəza zamanı 3 nəfər Əlibəyli kənd sakini - 36 yaşlı İlqar Gülməmmədov, 46 yaşlı Mahirə Qurbanova və 57 yaşlı Surəyya Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Diaqnostika Mərkəzinə aparılıblar. Faktlarla bağlı araşdırma aparılır.