Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup azərbaycanafob deputatı ABŞ-nin Dövlət katibi Antoni Blinkeni və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni Brüssel görüşünün davamı olaraq Ermənistanın dırnaqarası “təhlükəsizliyi"nə yardım etməyə çağırıblar. Bu, bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb. Qərbi Azərbaycan İcması Avropa ittifaqı və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb. Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycan dəstəklənməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı təşviq edilməlidir.
- Baxış: 71