• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 18.01.2017 13:31

Paytaxtda və Abşeron rayonunda piyadavurma hadisələri baş verdi

KepezTV Player

Tələskənlik, ani diqqətsizlik yenə də fəsadsız ötüşmədi. Paytaxt ərazisində və Abşeronda piyadavurma hadisələri baş verdi və bir nəfər ən gözəl nemət olan həyatından, digəri isə sağlamlığından oldu. İnsanın insana verə bilmədiyini alması, çox üzücüdür.

 Abşeron rayonu Xırdalan şəhərində “Mercedes” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 39 yaşlı Aydın Muxtarovu vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər, müayinələr aparılıb. Qəzanı törədən sürücü saxlanılıb. Avtotexniki ekspertiza təyin edilib. 

Digər piyada vurma hadisəsi isə, Bakının Suraxanı rayonunda qeydə alınıb. Naməlum avtomobil 55 yaşlı Elmira Abbasovanı vurub. Piyada ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Həkimlər Elmira Abbasovanın həyatı üçün təhlükə olmadığını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Vüsalə Camal