• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 25.06.2023 12:20

Çimərlik mövsümündə nələrə diqqət etməliyik?

KepezTV Player

Hal-hazırda isti yay mövsümünün ilk günlərini yaşayırıq. Və bu mövsümdə xüsusilə də xanımların əziyyət çəkdiyi mövzulardan biri də dərimizə düzgün qulluq etməkdir. Təbii ki, hər xanımın fərqli baxım metodu var...

Yay deyəndə hər kəsin ağlına dincəlmək, vaxtını xoş keçirmək, istirahət etmək, sərinləmək üçün çimərlik gəlir. Amma bu hal özü ilə bərabər bir çox təhlükəli vəziyyəti də gətirir. Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, boğulma dünyada 3-cü ən geniş yayılmış bədbəxt hadisədir. Təkcə, 2018-ci ildə su hövzələrində 382 mindən çox insan boğulub. Bu halın qarşısını almaq üçün, küləkli havada dənizə girmək, işarələnmiş zonadan kənarda üzmək, kiçik qayıq və gəmilərlə çimərliyə daxil olmaq olmaz. Həmçinin, uşaqları nəzarətdə saxlamaq, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırışlarına sözsüz əməl edilməlidir.

Qoyulan hər qadağa bizim təhlükəsizliyimiz və sağlamlığımız üçündür. Nə qədər bu qadağalara səhlənkar yanaşsaq bizim üçün daha çox faciəvi halların yaranmasına səbəb olarıq. Öz təhlükəsizliyimiz üçün bunlara diqqət etsək daha yaxşı olar.