• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 27.06.2020 11:52

Şəmkirli könüllülər koronovirusla mübarizədə aktivdirlər

KepezTV Player

Pandemiya dövründə şəmkirli könüllülər fəal təbliğat aparıb, əhalinin maarifləndirilməsində əsas rol alıblar. Könüllü gənclər bu gün də fəaliyyətlərini davam etdirir. Əməkdaşımız Natiq Hüseyn könüllülüərin maarifləndirmə işini və rayon sakinlərinin tibbi maskadan istifadə edib-etməməsi ilə maraqlanıb.  

sakin: Yadımdan çıxıb. Bundan sonra istifadə edərik.

sakin: Evdə qalıb. Birdə gələndə taxacam.

Koronovirus pandemiyası ilə mübarizədə əsas rol oynayan tibbi maskadan istifadə digrə bölgələr kimi Şəmkirdə də gündəmdə olan məsələlərdəndir. Sakinləri maarifləndirmək məqəsdi ilə Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başladığı bir sıra kampaniyaların tərkib hissəsi olaraq Şəmkirdən olan könüllülər aylardır müxtəlif maarifləndirici aksiyalar həyata keçirirlər. 

Züleyxa Abbasova könüllü: Məlum pandemiyaya ilə əlaqədər olaraq küçələrə çıxmışıq. Əlcəklər, maskalar, bukletlər paylayırıq. Məlumatsız insanları maarifləndiririk ki, əlcəksiz, maskasız evdən çölə çıxmayaq.

Füzuli Məsimli könüllü: Azərbaycan Könüllülər Mərkəzinin Əlaqələndiricisi olaraq bu gün rayonumuza çıxşımıq. Bu pandemiya dövründə camaat virusdan qorunsun deyə onları məlumatlandırırıq.

Bu gün isə könülülər müxtəlif ərazilərdə sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və məlumat bukletləri paylayıb. Həmçinin  koronavirusdan qorunmaq məqsədilə əhalinin daha çox üz tutduğu məkanlarda ictimai nəqliyyatda, şəxsi avtomobillərdə xüsusi stikerlər yerləşdiriblər.

Kənan İbrahimov Azərbaycan Könüllülərin Əlaqələndirmə Mərkəzinin Şəmkir rayonu üzrə baş koordinatoru: Ümumilikdə pandemiya başlayan ilk gündən yəni mart ayının sonlarından bizim könüllülərimiz aktiv fəaliyyətə başlayıb. Bura həm Gənc könüllülər, həm Aqrar İnkişaf könüllüləri, həm də RİİB-nin könüllüləri daxildir. Hansı ki, onlar bir çox aksiyalar həyata keçiriblər. İlkin mərhələdə biz “Biz Birlikdə Güclüyük” kompaniyası çərçivəsində xüsusən yaşlı insanlara məişət işlərində dəstək olmağa çalışdıq. Növbəti mərhələ əsasən əhalinin maarifləndirilməsi oldu. Gördüyünz kimi bu gün də biz şəhərdə həmin fəaliyyəti həyata keçiririk.

Şəmkirdə təbliğat xarakterli tədbirlər davam etdirilir.

Natiq Hüseyn