Qərbi Azərbaycan İcması da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayıb. İcmanın yaydığı bəyanatda qeyd olunub ki, Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün Azərbaycanın kütləvi informasiya vasitələrini senzura etməyə çalışıb. “Qazaxın Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliam və Azərbaycanın digər ərazilərinin işğal altında saxlanması ilə bağlı ölkə mediasında çıxan yazılar cənab Klaarı narahat edir. Belə çıxır ki, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır”, – deyə bəyanatda vurğulanıb. Qərbi Azərbaycan İcması Avropa İttifaqından yanlış siyasətindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışı məsələsində ədalətli mövqe tutmağı tələb edib
- Baxış: 83