• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3180
— 08.02.2020 13:34

Çində koronavirusdan ilk dəfə əcnəbi vətəndaşlar ölüb

KepezTV Player

Çinin Uhan şəhərində koronavirus epidemiyasından ilk dəfə əcnəbi vətəndaşlar ölüb. Dünyasını dəyişənlərdən biri ABŞ, digəri isə Yaponiya vətəndaşıdır. Onlar virusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb. Amerikalının ölümü virusun ortaya çıxdığı gündən bu yana Çində ölən ilk əcnəbi vətəndaş kimi qeydiyyata düşüb. Bu günə qədər Çindən başqa yalnız Filippin və Honkonqda ölüm hadisəsi baş verib. Həmin bölgələrdə ölən 2 nəfər də elə Çin vətəndaşı olub.Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb. Ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3 000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb. Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6 101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir.