8 mart bayramı fəhlə hərəkatındən yaranıb və amerikan kökləri var.
1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-Yorkda etiraz edir. Ötən il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif edib. 1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin, Kopenhagendə, konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib. 17 ölkədən yüzə yaxın konfrans iştirakçısı bu fikri dəstəkləyib və 1911-ci ildə ilk dəfə bu bayramı Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.
Klara Setkin konkret tarix deməyib. Qadınlar günü Almaniyada ilk dəfə, martın 19-da bayram kimi qeyd edilib. Sonra müxtəlif ölkələrdə Qadınlar gününü 2, 9 və 12 martda, eləcə də 2 və 12 mayda qeyd edilib. Daha sonra 1917-ci ildə, bu gün Petroqradda "Çörək və sülh!" tələbi ilə toxuma fabriklərinin işçi qadınlarının, sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib. 1975-ci ildə BMT-nin Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və nailiyyətlərini bayram etmə günü elan edir.
Beynəlxaq Qadın Gününün rəngi bənövşəyi, yaşıl və ağ rənglər hesab edilir. Bu rəngləri bərabərlik uğrunda mübarizə simvolu kimi Britaniya Qadın Sosial-siyasi Birliyi 1908-ci ildə təklif edib. Bənövşəyi rəng ədalət və ləyaqət, yaşıl rəng- ümid, ağ rəng isə-saflığın simvolu kimi qəbul edilir.
Təbii ki, 8 Martı hər bir ölkə özünəxas formada keçir.
Bir çox ölkədə martın 8-i istirahət günüdür. Qadınlara hədiyyələr və gül bağışlayırlar. Çində qadınların iş günü səkkiz saat əvəzinə dörd saat olur, lakin Çin Xalq Respublikası Dövlət Şurasının bu tövsiyəsi qanun deyil və işverənlərin bir qismi buna əməl etmir. İtaliyada martın 8-də küsdümağacı gülü hədiyyə edirlər. Bu ənənə İkinci Dünya müharibəsindən sonra Romada meydana gəlib, bunun mənbəyi məlum deyil.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildə 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub və bu gün ölkədə qeyri-iş günü hesab edilir. Həmin gün qadınlara digər günlərdən, daha çox diqqət va qayğı göstərilir, xüsusi olduğu hiss etdirilir. Xanımlara müxtəlif hədiyyələr və güllər verilir.
Lalə Sadıqova
- Baxış: 2498