“Torpaq, uğrunda ölən varsa, vətəndir!” Biz, bu düşüncələrlə böyüyən gənclərik. Heç vaxt Azərbaycan gəncləri olaraq geri addım atmadıq, atmarıq. Çünki bir ölər, min dirilərik! Bəli, bu xalq, bu torpaq nə qədər faciələr yaşadı. Elə unudulmaz qan yaddaşımız olan Xocalı da buna aiddir. Gəlin, tarixə yenidən nəzər salaq.
“Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır”. Bu cür işğalçı, qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı Şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş verən soyqırımdır. Bu, elə bir silinməz yaddaşdır ki, gənclər olaraq nə unutdurduq, nə də unutduq.
Hələ hadisələr baş verən zaman çəkdiyi kadrlarla Azərbaycan həqiqətlərini dünyaya tanıtdıran Çingiz Mustafayev həm də lentə aldıqları ilə Xocalı faciəsinin yaddaşımıza hopdurdu. Bəli, həm vətənpərvərliyini nümayiş etdirmiş oldu, həm də işinin peşəkarlığını. Beləliklə də mənim kimi çox gəncin kumirinə çevrildi.
“Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Elə vətən qarşısındakı xidmətlərinə görə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Aysu Mustafayeva- GDU-nun fakültə üzrə sədri: “Biz gənclər olaraq, qan yaddaşımızı hər zaman xatırlamalı və xatırlatmalıyıq. Çünki, Azərbaycan ordusunun və xalqının qüdrətli insanları olaraq, bu, bizim borcumuzdur”.
Bu unudulmaz hadisəni unutdurmamaq isə, biz gənclərin öhdəliyinə düşür. Azərbaycanın qanlı səhifəsini tanıtdırmaq üçün bu illər ərzində gənclər müxtəlif “Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə kampaniyaları, fləşmoblar, tədbirlər təşkil ediblər. Ümumilikdə Xocalı soyqırımının beynəlxalq cinayət olaraq dünyaya çatdırılmasında gənclərin böyük rolunun olduğu danılmazdır.
Əsgərli Mədinə- “Zəfər günü” qəzetinin müxbiri: “Azərbaycan qızı və gənci olaraq, Xocalı faciəsinə həsr olunmuş tədbirlər həyata keçiririk.
Babalarımız demişkən- “Qarı düşmən dost olmaz”, ona layiq olduğu cavabı isə Azərbaycan igidləri cəmi 44 gün ərzində verdi. Nəinki yağı düşmən, dünya Azərbaycan ordusunun qüdrətinə şahid oldu”.
Təşəkkürlər gözlərini dünyaya əbədi olaraq yuman oğullar! Təşəkkürər oğlanlarının qoxusunu bir daha duya bilmiyəcək olan analar! Təşəkkürlər ata deyə bir daha səslənə bilmiyəcək olan körpə balalar. Hamınızın qarşısında baş əyirik. Hər bir Azərbaycan vətəndaşı bu günü sizə borcludur - qayıdan torpaqlarımızın qayıtmayan oğulları!
Tellan Zeynalova
- Baxış: 2572