• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 17.02.2024 20:42

Qəhrəmanlıq mövzularının heykəllərinin eskizləri hazırlanır

KepezTV Player

Hər bir abidə özlüyündə tarixi keçmişdən gələcək nəsillərə ötürülən vasitədir. Abidələrdə xalqın qəhrəmanlığı, mədəniyyəti, bir çox sahələri əhatə edən fəaliyyəti əks olunur. Əməkdar rəssam Şərif Şərifov da bu baxımından illərdir ki, xalqımızın ənənələrini öz yaradıcılığı ilə yaşadır. Ələlxüsus da Vətən müharibəsindən sonrakı dövrdə hazırladığı 20-yə yaxın eskiz məhz qəhrəmanlıq mövzusuna həsr edilib. Əlində silah tutan qalib əsgər, at belində qəhərman obrazları heykəltəraşın üstünlük verdiyi məqamlardır. 

Şərif Şərifov- Əməkdar rəssam:  "Ən böyük qəhrəmanlıq əsəri sözsüz, Azərbaycan əsgəridir. Ümumiyyətlə Qələbə abidəsi üçün eskizlər hazırlayıram. Bu qələbəlik bizim xalqa mənsubdur. Bu tarixi aktı gələcək nəsillər üçün əbədiləşdirmək lazımdır. Gələcək nəsillər görsün ki, öz qəhərmanlıq səhifəsini yazıbdır. Bu səhifə abidələrlə yadda qalır və bu abidələr onun göstəricisidir".

Bununla bərabər əməkdar rəssam yaradıcılığında Qərbi Azərbaycan mövzusuna da müraciət edib. Şərif Şərifov böyük ustad Aşıq Ələsgərin heykəlinin eskizini hazırlayır.

Şərif Şərifov- Əməkdar rəssam:  "Mən bu mövzuya böyük həvəs göstərirəm. Ümumiyyətlə, Qərbi Azərbaycan doğma Azərbaycandır. İrəvan da ümumiyyətlə böyük xanlıq olub. Başqa xanlıqlarla birlik, dostluq münasibətləri də olub. Sonuncu İrəvan xanı Hüseyinqulu xan tarixə müdrik adam kimi düşüb. Bu obrazlar bu gün yaranmalıdır. Onda tarixi bir daha oyatmaq olar".

Daim axtarışda olan rəssam-heykəltəraşın tək arzusu var - canlandırmaq istəyidi obrazları Gəncə, Qarabağ və Qərbi Azərbaycanda ucaltmaq.
Elnur Vahidoğlu