Azərbaycanda hərbi xidmətdə olmanın son yaş həddi dəyişib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətKeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Qanuna əsasən, dinc dövrdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – 36 yaş yarım, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar isə 48 yaşa kimi xidmət edəcəklər. Bundan başqa Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılıb. Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
- Baxış: 103