• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 12.02.2024 11:00

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib

Mərkəzi Seçki Komissiyası  Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% səslə seçkilərin qalibi olub.