KepezTV Player
Azərbaycanın Çindəki səfirliyində səsvermə prosesi bitib. Bu barədə ölkəmizin Çindəki səfirliyindən bildirilib. Qeyd edilib ki, səfirlikdə yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb. Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər.
- Baxış: 71