Ağsu rayon sakini ona məxsus bank kartından naməlum şəxs tərəfindən pul oğurlanması barədə polisə müraciət edib. Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunan Tağı Seyidov saxlanılıb. Onun zərərçəkmişin qohumu olduğu da müəyyən edilib. Seyidov ifadəsində törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxs qisminə istintaqa cəlb olunub. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mehdi Əlikramlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.
- Baxış: 125