KepezTV Player
Göyçayın Məlikkənd kəndində ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı kənd sakini Abdullayev Şamil Paşa oğluna məxsus ikimərtəbəli, ümümi sahəsi 200 kv. metr olan evin 140 kv. metr hissəsi əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.Hadisə zamanı ev yiyəsinə külli miqdarda maddi ziyan dəyib. Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.
- Baxış: 124