• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 06.09.2024 19:39

Kütləvi dava qanla bitib

KepezTV Player

Tovuzda kütləvi dava olub. Hadisə ötən gün gecə saatlarında rayonun Köhnəqala kəndində qeydə alınıb. Dostlar arasında düşən mübahisə sonradan davaya çevrilib. Nəticədə kənd sakinləri - 24 yaşlı Samir Səfərov və 36 yaşlı Canpolad Xanmirzəyev aralarında yaranmış şəxsi münasibətlər zəminində 32 yaşlı Xalid Məmmədova və 31 yaşlı Aqil İsmayılova bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Yaralılar dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilənlərin vəziyyətləri stabil qiymətləndirilir. Hadisəni törədən Samir Səfərov və Canpolad Xanmirzəyev Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Eşqin Qasımov- DİN-in mətbuat xidmətinin əməkdaşı: “Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinəyəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir”.

Kəmalə Abbasova- həkim: “Tovuz Rayon Mərkəzi xəstəxanasının Acil şöbəsinə axşam saatlarında iki nəfər kişi cinsli, Köhnəqala kənd sakinləri- sol qolun kəsilmiş-deşilmiş yarası ilə, kürək nahiyəsinin deşilmiş yarası. Sol budun kəsilmiş-deşilmiş yarası və qarının çoxsaylı deşilmiş yarası diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən xəstələrin vəziyyəti agır idi. Xəstələrə tərəfimizdən lazımi tibbi yardım göstərildi və reanimasiya şöbəsinə köçürüldü. Hazırda vəziyyətləri stabildir”.

Azad Mustafayev