• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 05.07.2021 12:30

Şəhər sakinlərindən narkotik götürülüb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xeyrəddin Əliyevinfərdi yaşayış evinin həyətyanı sahəsindənxüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə aşkarlanıb. Oradan ümumi çəkisi 52 kq olan 29 ədədçətənə kolu götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.**Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Cahangir Mahmudov saxlanlılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış zamanı 8.06 qram, yaşadığı evdən isə 9.34 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.