Gəncə Dövlət Filarmoniyası və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Xalqın mədəni sərvəti” layihəsinə yekun vurulub. Bağlanış konsertində Gəncədə fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərinin istedadlı tələbələri çıxış ediblər. Müxtəlif musiqi və mahnılar tar, kaman və vokal ifaçılarının təqdimatında səsləndirilib. Konsertdə Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri, böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığına xüsusi yer verilib.
Aişə Rzayeva
- Baxış: 104