• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 04.03.2017 14:54

Futbol üzrə Almaniya Bundesliqasında 23-cü tura start verilib

Turun ilk oyun günündə bir qarşılaşma keçirilib. “Auqsburq” ilk pillələrdə qərarlaşmış “Leyptsiq”i qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib. Oyun hissələr üzrə də heç-heçə yekunlaşıb. İlk yarıda ev sahiblərindən Konstantinos Stafilidisin qoluna qarşı tərəfdən Timo Verner cavab verib. Fasilədən sonra matçın ssenarisi dəyişib. Belə ki, bu dəfə qonaqlar hesabda önə keçib. Debütant komandadan Marvin Kompper fərqlənib. “Auqsburq” futbolçuları bir saatın tamamında bərabərliyi yaxalayıblar. Əks-hücum zamanı irəli atılan müdafiəçi Martin Hintereqqer uğurlu zərbə ilə yadda qalıb.

Çempionatda bu gün 6 oyun keçiriləcək. Bundesliqanın lideri “Bavariya” “Köln”ün qonağı olacaq.

Almaniya Bundesliqası, 23-cü tur

3 mart

Auqsburq - Leyptsiq 2:2

Qol: Stafilidis, 19. Hintereqqer, 60 - Verner, 25. Kompper, 55.

Azad Rəfi