• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 15.01.2024 15:40

Maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Qazaxın Xanlıqlar kəndində fəaliyyət göstərən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində yoxlama aparıblar.Orada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Məntəqənin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.