• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 12.01.2024 16:26

FHN gözlənilən qarlı hava ilə bağlı əhaliyə müraciət edib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla əlaqədar əhali müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılır.