• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 10.01.2024 16:04

“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işləri aparır

KepezTV Player

“Azərişıq” işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. Kəlbəcər şəhəri ərazisində yeni yarımstansiya və İdarəetmə Mərkəzinin, İstisuda yarımstansiyanın inşası, eləcə də xətlərin çəkilişi sürətlə aparılır. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində yenidənqurma işləri gedir.
Laçında Qorçu və Tiğik istiqamətində elektrik şəbəkələri yenilənir. Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Rayonun Şəlvə, Malıbəyli, Qaragöl, Cağazur və Minkənd kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb. Hazırda Tiğik kəndinin elektrik enerjisi ilə təmin olunması üçün hava xəttinin çəkilişi davam edir.