KepezTV Player
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45 %-i tamamlanıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. 72-ci kilometrə qədər hissəyə dəmir yolu xətti çəkilib. Bərdə-Ağdam layihəsindən fərqli olaraq, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir. 2021-ci ilin fevral ayında təməli qoyulan dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
- Baxış: 149