• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1893
— 07.01.2024 15:47

DİM imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayır

Dövlət İmtahan Mərkəzi cari ildə keçiriləcək imtahanlarda zal nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayır. Yanvarın 15-də başlanacaq təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunacaqlar. Fevralın 2-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 6069 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.