Azərbaycan-İran dövlət sərhədində Astaraçay üzərində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub. Tikintisi 2022-ci ilin martın 1-də başlayan, yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri isə cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb. Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.
- Baxış: 199