• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 30.12.2023 16:00

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib. “Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir. Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir. Vətəndaşlar sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”, - deyə nazirlikdən bildirilib.