• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 30.12.2023 15:58

Bayram yarmarkası təşkil olunub

KepezTV Player

Samuxda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Qarşıdan gələn əlamətdar bayramlar ərəfəsində təşkil olunan yarmarkaya mövsümə uyğun olaraq meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilib. Rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə alıcılara təklif edilib. Rayon rəhbərliyi təşkil olunan yarmarkaya baş çəkib, alıcı və satıcılarla söhbət edib. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərin bazarlara nisbətən ucuz olmasından razılıqlarını bildirib, bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulayıblar.

Aişə Rzayeva