• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 29.12.2023 15:58

“Zirvələrdə tamamlanan ömür” adlı ədəbi-bədii proqram təşkil edilib

KepezTV Player

Naftalanda “Zirvələrdə tamamlanan ömür” adlı ədəbi-bədii proqram təşkil edilib. Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Bəxtiyar Aslanovun xatirəsinin yad edildiyi tədbirdə şəhidin anası Tünzalə Zöhrabovaya “Əsrimizin Qəhramanları” kitabı təqdim edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Bəxtiyar Aslanov ölümündən sonra dövlət başçısının sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, idarə müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, şəhidin ailə üzvləri iştirak ediblər.

Fərid Mehdiyev