• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 28.12.2023 18:45

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

KepezTV Player

2023-cü ilin bitməsinə sayılı günlər qalmış Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib. Bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları dəvət alıblar. Bayram ovqatı ilə bəzədilən şənlik məkanında balacaları nağıl qəhrəmanları qarşılayıblar. Uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri də verilib.