Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı 90-a çatıb. Xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib ki, qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində xüsusi, prinsipial yerə malikdir. İl ərzində qardaş Türkiyə, həmçinin Rusiya və Gürcüstanla ali səviyyədə baş tutan görüşlər və əldə olunmuş razılaşmaların praktik səviyyədə icrası ikitərəfli əməkdaşlığın inkişafını təmin edib. Cari ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu münasibətlərdə ciddi gərginliyə səbəb olub, səfirliyin heyəti təxliyə edilib. Buna baxmayaraq, münasibətlərin perspektivləri barədə müzakirələr davam etdirilib, yüksək səviyyəli təmaslar baş tutub. Ceyhun Bayramov Azərbaycanın mina problemindən və digər mühüm məsələlərdən də söz açıb.
- Baxış: 112