KepezTV Player
Ermənistanın “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. "Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir.", - deyə bəyanatda qeyd edilib.
- Baxış: 137