• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2432
— 20.12.2023 08:58

"Qarabağın hər yerində üçrəngli Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir"

KepezTV Player

Bu gün Qarabağın hər yerində üçrəngli Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir. Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən “İş dünyasının görüşü” adlı tədbirdə deyib. O, qeyd edib ki, Cənubi Qafqaz regionuna kənardan fərqli niyyətlərlə müdaxilə olmadığı təqdirdə, bu regiondakı ölkələrin əməkdaşlıqlarını genişləndirməsi hər kəsin rifahı üçün xeyirli olacaq. Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclasının Ankarada keçiriləcəyi də açıqlanıb. “İclas fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq”,-deyə Cevdet Yılmaz əlavə edib.