KepezTV Player
Xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb. Elnur Məmmədov 7 fevral tarixinə təyin edilən növbədənkənar Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl şəkildə atılan addımlar, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
- Baxış: 105