• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 19.12.2023 16:03

Balıq məhsullarının istehsalı tələbatı tam ödəmək üçün yetərli deyil

KepezTV Player

Hazırda Azərbaycanda istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və yerli istehsal daxili tələbatı tam ödəmək üçün yetərli deyil. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov vurğulayıb ki, bu problem ölkədə akvakulturanın zəif inkişaf etməsindən irəli gəlir. Ölkədə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilib, daha çox nohurçuluqda çəkikimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib. Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur.