Gəncə Dövlət Kukla Tetarı bu il də öz balaca tamaşaçılarını sevindirəcək. Yaradıcı heyət fərqli səhnə tərtibatı və ssenari əsasında hazırlanan tamaşa üzərində işləyir. "Sehirli çətir" adlı tamaşanın ssenari müəllifi Zülfiyyə Əliyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.
Şamil Məmmədli- teatrın baş rejissoru: “İndiki dövrdə uşaqlarımızı bir balaca dərsdən, məktəbdən, kitab oxumaqdan daha maraqlı məşğuliyyətlərdən aralı salan bəzi vərdişlər var ki, o vərdişləri biz “Sehirli çətir” tamaşasında tənqid edəcəyik. Uşaqlarımıza çatdırmağa çalışacağıq ki, bu zərərli vərdişlərdən əl çəkib, bunların yerinə kitab oxumaq, bunların yerinə daha maraqlı məşğuliyyətlərlə məşğul olmaq, teatra gəmək lazımdır”.
Tamaşada “sehrli çətir”in şər qüvvələr tərəfindən oğurlandığı nümayiş olunur. Bu isə öz növbəsində Yeni ilin gəlməsini yubadır. Lakin xeyirin şər üzərində qələbəsi, kulminasiya nöqtəsi olaraq bayram şənliyinin keçirilməsini əsaslandırır.
Səməd Xanəhmədov- aktyor: “Cəfər, uşaqlar filmlərdən, nağıllardan bildikləri kimi, o, çox qorxulu bir sehirbazdır. Bu, istəyir ki, Yeni ili pozsun. Nəhayət də Şaxta baba gəlir”.
Elmar Vəliyev- aktyor: “Yeni il şənliyimiz həmişə olduğu kimi çox maraqlı və balaca dostlarımızın sevincini qazanacaqdır. Bu tamaşada “cin” obrazını oynayıram. Yeni il şənliyinin gedişinə mane olurlar. “Qar qız”ın yeni ilə gətirdiyi “sehirli çırağ”ı oğurlayırlar”.
Məhəmməd Hacıyev- aktyor: “”Şaxta baba” obrazı bizim balaca dostlarımızın sevimli obrazıdır. Onların il ərzində həvəslə gözlədiyi bir obrazdır. Bizim balaca dostlarımıza demək istəyirdim ki, əgər onlar “Şaxta baba”nı görmək istəyirlərsə, Gəncə Dövlət Kukla Teatrına təşrif buyura bilərlər”.
Gəncə Dövlət Dram Teatrında isə "Şənliyə gəl, şənliyə" adlı tamaşa üzərində məşqlər gedir. Xanım Həsənovanın eyni adlı əsəri əsasında hazırlanan səhnə işinə Şahmar Məmmədov quruluş verib. Bu tamaşada da balacalar rəngarəng səhnəciklərin şahidi olacaqlar.
Şahmar Məmmədov- tamaşanın quruluşçu rejissoru: “Tamaşada məktəbli balaca dostlar şənliyə hazırlaşırlar. Ancaq 3 mənfi obraz olan “qarı” buna mane olur. Sonda bu baş tutmayacaq və “Şaxta bab”a və “Qar qız” hər il olduğu kimi salamlayacaqdır”.
Ruslan Hüseynov- aktyor: “Canlandırdığım obrazda uşaqları birliyə, güvənə, dostluğa səsləyirəm, eləcə də “xeyir”in “şər” üzərində qələbə çaldığı bir obrazdır”.
Şəlalə Rüstəmova- aktrisa: “Əminəm ki, balaca dostlarımız bizim bu tamaşanın rəqslərindən, tamaşanın özündən tamaşadakı personajlardan zövq alacaqlar. Buyursunlar gəlsinlər”.
Balacaları Gəncə Dövlət Kukla Teatrı dekabırın 23-dən yanvarın 7-dək, Dram Teatrı isə dekabrın 29-dan yanvarın 5-dək gözləyir. Hər iki teatrda gündə 4 seans olmaqla Yeni il tamaşaları göstəriləcək.
Elnur Vahidoğlu
- Baxış: 211