• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 08.12.2023 11:46

Ulu Öndərlə bağı ekran işinin təqdimatı olub

KepezTV Player

Gəncədə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev və Gəncə mədəniyyəti" adlı filmin təqdimatı keçirilib.  Ekran işində Ulu öndərin Gəncəyə olan diqqət və qayğısından danışılıb, səfərləri zamanı şəhərin mədəni həyatının qorunub saxlanılmasına verdiyi töhfələr nümayiş etdirilib. Təqdimatdan sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri tərəfindən dahi şəxsiyyətin sevdiyi bəstələr ifa edilib. 

Rafael Bayramov- Xalq artisti: “Biz çox xoşbəxtik ki, bu tədbirdə iştirak edirik. Çox zəngin və maraqlı tədbir oldu. Bu gün kiçik bir konsert də təşkil olunmuşdu. Konsertdə də onun ən istəkli, sevdiyi mahnıları ifa elədik. Ulu öndərin bizim xalqın qarşısında böyük zəhmətləri olub. Bizim mənəvi borcumuzdur ki, həmişə Ulu öndərimizi yüksək səviyyədə həm təbliğ edək, həm də yaddaşlarımızda saxlayaq”.