Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının, AMEA Gəncə Bölməsinin, şəhər Gənclər və İdman Baş İdarəsinin, “Avropa Gənclər Paytaxtı- 2016” İctimai Birliyinin, Gəncədə yerləşən Universitet və kolleclərin birgə təşkilatçılığı ilə reallaşan “Yerində tarix” adlı eko-tur bu dəfə Kəpəz dağının ətəyinə təşkil olunub. Gəncədə toplaşan gənclər Göy-göl Milli Parkına səfər edərək təbiət möcüzəsi sayılan göllərlə tanış olublar.
Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 100-dən çox eko turçu səhər saatlarında Göy-göl Milli Parkına yola düşüb. Təyinat məntəqəsinə çatdıqdan sonra Maral gölə doğru piyada hərəkət başlayıb. Əsrarəngiz təbiət incisini görmək üçün təqribən 7 km-ə yaxın yol qət ediblər. Saat yarımdan sonra qarşılaşdıqları mənzərə isə yolun bütün yorğunluğunu unutdurmağa kifayət edib.
Gün ərzində Maral göl ətrafındakı meşəlikdə dincələn gənclər müxtəlif oyunlar oynayıb, fərdi istedad və bacarıqlarını nümyiş etdiriblər.
“Yerində tarix” adlı eko-tur çərçivəsində təlimlər də təşkil olunub. Təlimlər fərdi inkişaf və sosial media mövzularını əhatə edib. ((K/A)) Təlimlər yekunlaşdıqdan sonra eko-turçular meşəliklər, çəmənliklər və burma-dolama dağ yollarının sərt döngələrindən keçərək Göygölə gəliblər. Burada isə onlar həm özləri əyləniblər də, həm də istirahətə gələn yerli və xarici turistləri əyləndiriblər. Eko-turun məqsədinə gəldikdə isə...
“Yerində tarix” adlı eko-turun növbəti həftələrdə də təşkili nəzərdə tutulur.
Gülnar Fazilqızı
- Baxış: 719