• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 19.01.2018 10:02

Qatlanan təkər ixtira olundu

Andrea Moçellin adlı alman dizayner yeni təkər ixtira edib. Velosiped üçün nəzərdə tutulan təkər qatlanma mexanizminə sahibdir. Bu cür yanaşma velosiped və digər şəxsi nəqliyyat vasitələri sənayesinə güclü təsir göstərə bilər. Revolve-nin diametri qeyri-adi velosiped təkəri ölçüsündədir: 66 sm. Təkər daxildə 6 oxla birləşir. Qatlamaqla eni 22 santimetrə bərabər olub. Belədə o, 60% daha az yer tutur. Moçelinin sözlərinə görə, bu ideya onda qatlanan velosipedləri gördükdən sonra yaranıb. Revolve təkərinin ortaya çıxması üçün dizayner 3 il tər töküb. Bu müddət ərzində o, yüzlərlə 3D model və 10-larla prototip düzəldib. Dizayner onu da bildirib ki, bu təkəri təkcə velosipedlər üçün yox, həm də əlil arabaları üçün istifadə etmək olar. Hazırda Andrea layihəsinin kütləvi istehsalı üçün sərmayəçilər axtarışındadır.

 

Cavanşir Məmmədzadə