• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 06.05.2017 12:17

Gəncədə "IV İslam Həmrəylik Oyunları - Bakı 2017"-nin canlı loqosu yaradılıb

KepezTV Player

Əməkdaşlarımız səhər saatlarından şəhərin baş meydanında ümumi prosesi izləyiblər. Kameralara maraqlı görüntülər həkk edilib...

Əskinaz Şərəhxanova- könüllü: “Biz 2016-cı ildə də flaşmoblarda iştirak etmişdik. İndi də bu flaşmobun bir hissəsi olmaqdan böyük sevinc hissi keçiririk”.

Gülsənəm Zamanova- könüllü: “Bu Bakı-2017 IV İslam Həmrəylik Oyunları üçün bir dəstəkdir. Biz gənclərin bir araya toplanması üçün bir şansdır. Birlikdə həm əylənirik, həm də Bakı şəhərinə öz dəstəyimizi nümayiş etdiririk”.

Rafiq Hüseynov- könüllü: “ Mən özüm IV İslam Həmrəylik Oyunlarında könüllüyəm. Mənin üçün sevindirici haldır ki, həmin o islam oyunlarında mən də könüllü kimi yer alıram və Gəncəni təmsil edirəm”.

Bu gəncləri bir məqsəd birləşdirir: "IV İslam Həmrəylik Oyunları" ərəfəsində Bakıya öz dəstəklərini bildirmək.

Bəli, Gəncəli gənclər yenə də bir aradadırlar, yenə də həmrəydilər və sərf olunan əməyin bəhrəsini görmək üçün səbirsizlənirlər.

Bu Gəncə gənclərinin ilk flaşmob təcrübəsi deyil. Bundan əvvəl də şəhərin baş meydanı üç irimiqyaslı flaşmoba şahidlik edib. Ulu öndər Heydər Əliyevin canlı portreti və canlı imzası, I Avropa Oyunları - Baku 2015 və Gəncə Avropa Gənclər Paytaxtı - 2016-nın canlı loqolarından sonra bu gün meydanda IV İslam Həmrəylik Oyunları - Bakı 2017-nin canlı loqosu yaradılır.

Mobil Qarayev- layihə rəhbəri: “IV İslam Həmrəylik Oyunları başlayır. Biz də kənarda qalmaq istəmədik Gəncə olaraq. Hər zaman olduğu kimi, bu dəfə də bir işlə seçilmək istədik. Göstərmək istədik ki, bu oyunlara biz də dəstəyik. Biz də çalışmaq istəyirik. Bizim orda könüllülərimiz də var. Gəncədən belə bir görüntü yaratmaq yaxşı fikir idi. Çalışdıq, əlimizdən gələni etdik ki, həyata keçirək”.


Bəli, çalışıldı və həyata keçirildi... Bu gənclər bir daha yaxşı mənada fərqlənməyi bacardılar. Şəhərin baş meydanında növbəti uğura imza atdılar. Davamlı olacağına əminik... Yeni günlərdən yeni hədəflərə doğru...

Gülnar Fazilqızı