• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 30.11.2023 10:21

Demokratik və laqeyd valideyn üslublarının tətbiqi

Alimlərin fikircə, uşaqların tərbiyəsində, rəftarında və şəxsiyyətinin formalaşmasında valideynlərin bilavasitə rolu böyükdür. Onların dediyi söz və etdikləri əməllər uşağın davranış tərzində əks olunur. Necə deyərlər, uşaq, evin güzgüsüdür.

Uşağın inkişafı - istər əqli, istərsə də şəxsiyyətinin formalaşmasında ata və ananın rolu çox böyükdür. Valideynlərin  uşağa qarşı olan davranış və münasibətləri uşağın formalaşmasına təsir edir, çünki uşaqlar valideynlərini təqlid edən, model alaraq inkişaf edirlər. Şəxsiyyət və mənlik arasında bir sıra fərqlər vardır. Belə ki, şəxsiyyət valideynlərin və digər şəxslərin uşağa qarşı münasibət və davranışlarına əsasən formalaşır və hər bir fərdə məxsus olan xarakterik xüsusiyyətlərdir. Mənlik isə özünü digər şəxslərdən ayırması, fərqləndirməsi, öz dəyərləndirməsi və  qiymətləndirməsidir. Uşağın şəxsiyyətinin formalaşmasında valideynin rolu olduğu kimi mənliyin formalaşmasında da rolu çoxdur. Uşaq ailədə önəmli gördüyü şəxsin davranışlarından təsirlənir. Valideynlərin uşaqlara qarşı olan münasibətini iki qrupa  ayırılır: Demokratik və laqeyd

Demokratik  (vecsiz) münasibətdə valideynlər uşaqlara sevildiyini, dəyər verildiyini hiss etdirib, hər hansısa bir problem ilə qarşılaşan zaman onu danışaraq həll edirlər. Uşaqlarını daim dəstəkləyirlər, bəzən istisnalar olsa da (bu uşağın xeyrinədir deyib,) istəklərini yerinə yetirilər. Uşaqlara məsuliyyətlərini öyrədirlər. Müəyyən qayda-qanunlar vardır ki, onlar məcbur riayət etdirilmir. Burada uşaq öz qərarlarını vermək iqtidarında olur, özünü inkişaf etdirir və beləliklə onda müsbətyönümlü mənlik formalaşır.

Laqeyd isə - uşaqların maddi və mənəvi ehtiyaclarına qarşı məsuliyyətsiz yanaşmaqdır. Uşaqlar  sevgidən məhrum, özbaşlarına böyüyürlər. Bu zaman valideynlərin uşaqlarla münasibəti, bağlılıqları olmur. Belə olduğu halda uşaqda özünəqapanıqlıq, davakar, güvənsizlik  və mənfi mənlik formalaşır. Ancaq bəzən də elə olur ki, demokratik  tərbiyə üslubu ilə  laqeyd valideyn üslubunu dəyişik salırlar.

Nuriyeva Aybəniz- şəhər sakini: “Mən öz uşaqlarımı sərbəst buraxmışam, ancaq özbaşına yox. Kənardan həmişə nəzarət eləmişəm. Əgər səhvləri olubsa, yol göstərmişəm. Şükür, indi uşaqlarım tərbiyəli, ali-təhsillidir. Valideynlərə tövsiyəm odur ki, uşaqlarını sıxmasınlar, qadağa da qoymaq olmaz, tam sərbəst buraxmaq lazımdır. Övladlarımın tərbiyəsi üçün işdən də çıxdım, məktəbə gedirdilər, gələndə soruşurdum ki, niyə gec gəlibsən? Heç vaxt sıxışdırmırdım. İndi biz öz valideynlərimizin irəli getmiş  versiyasıyıq. Mən də istəyirəm ki, uşaqlar bizdən yenilikləri qavrasınlar. Ona görə də, valideynlər də öz uşaqlarını sərbəst buraxsalar yaxşı olar. Hər uşağın öz xasiyyəti, düşüncəsi var. Uşağı buraxıb, kənardan diqqət etmək lazımdır ki, səhv yolda düşməsin”.

Gülnara Əliyeva- şəhər sakini: “O deyirlər ey, balaca vaxtı uşaq nə istəsə olar, böyüyəndə yaxşı olacaq. O, boş sözdür. Öz həyat təcrübəmdən irəli gələrək deyə bilərəm ki, uşağı sıxmaq lazımdır. Mən uşaq vaxtı sərbəst buraxdım, indi qarşısını ala bilmirəm. Uşağı sıxmaq lazımdır ki, böyüyəndə valideynin sözünə qulaq assın və öz işlərinə qarşı laqeyd olmasın”.

Günay Əsgərova

ƏTRAFLI...